Bu yerlərdə su olmayacaq

  • By admin
  • 11 Dekabr 2019 11:26

Bakı şəhəri Səbail rayonu ərazisində magistral su xəttində yenidənqurma işləri aparılır.

Gununsesi.org xəbər verir ki, bununla əlaqədar 11 dekabrda gün ərzində Badamdar qəsəbəsi və 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Gununsesi.org