“Bundan sonra da iki qardaş ölkə – Türkiyə və Azərbaycan çiyin-çiyinə irəliləyəcək” - İLHAM ƏLİYEV

  • By admin
  • 30 Noyabr 2019 19:05

Bu gün Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4 il bundan əvvəl təməli qoyulan TANAP-ın Avropa sərhədinə çatması münasibətilə təbriklərini çatdırıb.

Gununsesi.org-un xəbərinə görə, bu layihənin keçdiyi tarixi yoldan danışan dövlət başçısı TANAP-ın icrasında əsas texniki və maliyyə yükünün Azərbaycanın və Türkiyənin üzərinə düşdüyünü bildirib. Ölkələrimiz arasında icra olunan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin fəaliyyətə başlamasının TANAP üçün yol açdığını deyən Prezident İlham Əliyev 7 ölkəni birləşdirən Cənub Qaz Dəhlizinin əhəmiyyətindən danışıb, onun ölkələri birləşdirdiyini vurğulayıb.

Bu layihələrin dünyada enerji təhlükəsizliyində mühüm rol oynadığını deyən dövlət başçısı deyib ki, bundan sonra da iki qardaş ölkə – Türkiyə və Azərbaycan çiyin-çiyinə irəliləyəcək.

 

Gununsesi.org