Bundan sonra internetin qiyməti belə hesablanacaq

  • By admin
  • 16 May 2019 23:17
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti internet xidmətinə görə aylıq ödəmələrin vaxt məhdudiyyətində dəyişiklik edib.
Gununsesi.org-a daxil olan məlumata görə, 2019-cu ilin may ayından etibarən “Aztelekom” MMC-nin internet xidməti üzrə ödənişlər “gündəlik hesablaşma” prinsipi ilə aparılacaq.
Belə ki, artıq ödəniş günü hər ayın 5-nə qədər deyil, sonuncu ödəniş edilən gündən sonrakı 30-cu təqvim günü gələn ay üçün ödəmənin son günü müəyyən ediləcək. Hazırda isə cari ay üçün ödəniş olunmadığı təqdirdə internet xidməti dayandırılacaq.
Əlavə məlumat üçün 170 qısa nömrəsinə müraciət edə bilərsiniz.