Burkino-Fasoda kilsəyə hücum zamanı 24 nəfər öldürüldü

  • By admin
  • 17 Fevral 2020 22:49

Burkino Fasoda naməlum silahlı şəxslər ölkənin şimalındakı Sahel bölgəsindəki kilsəyə hücum edib.

Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə keşiş də daxil olmaqla 24 nəfər ölüb. 18 nəfər yaralanan şəxs isə xəstəxanalara yerləşdiriliblər.

Qeyd edək ki, Burkino Fasoda terrorla mübarizəni gücləndirmək məqsədilə yanvarın 12-də ölkədə bir illik fövqəladə vəziyyət elan edilib.

 

Gununsesi.org