Cəfər Cabbarlının 120 illik yubileyi…

  • By admin
  • 05 İyun 2019 22:41

Sumqayıt Dövlət Dram Teatrı görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinin keçirilməsinə dair ölkə başçısının imzaladığı müvafiq Sərəncama uyğun olaraq ədibin yaradıcılığından “Solğun çiçəklər” əsərinin yeni səhnə versiyası üzərində ilk məşqlərə başlayıb.

Gununsesi.org-un  məlumatına görə, tamaşanın quruluşu teatra dəvət olunmuş istedadlı rejissor Elşən Zeynallıya həvalə olunub. Quruluşçu rəssam isə Şahin Hüseynlidir. Rollarda Əməkdar artistlər Cəlal Məmmədov, Xatirə Süleymanova, İzaməddin Bağırov və aktyorlar Şəhla Məmmədova, İlahə Səfərova, Şəmistan Süleymanlı, Elay Xasıyev, Sevda Hüseynova, Məryəm Hüseynli, Mətanət Əmirullayeva, Aynur Hümmətova, Dağlar Rüstəmov və İlqar İbrahimov çıxış edəcəklər.

Tamaşanın premyerası iyul ayının ilk həftələrində nəzərdə tutulur.

Qeyd edək ki, Cəfər Cabbarlı ailə-məişət mövzusunda qələmə aldığı pyesdə həyatı realistik boyalarla təsvir edərək ədalətsizliyin, var-dövlət hərisliyinin hansı fəlakətlərlə nəticələndiyini ustalıqla qələmə alıb.