Cəlilabad sakini bir neçə nəfər tərəfindən döyülüb

  • By admin
  • 09 Noyabr 2019 19:21

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

Gununsesi.org-un məlumatına görə, hadisə Suluçeşmə kəndində qeydə alınıb.

Belə ki, kənddə bir neçə nəfər arasında yaranan mübahisə dava ilə nəticələnib. Dava zamanı kənd sakini, 1985-ci il təvəllüdlü Mirzəyev Tural Natiq oğlu döyülüb.

Yaralı xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.org