Cəlilabadda 7 yaşlı şagirdi avtomobil vurub

  • By admin
  • 15 Fevral 2018 19:15


Cəlilabad rayonunda 7 yaşlı şagirdi avtomobil vurub.

“Report”un  məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Cəlilabad şəhərinin Azərbaycan küçəsində yaşayan 2011-ci il təvəllüdlü Zeynəb Xalid qızı Fətullayevanı minik avtomobili vurub. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ilkin tibbi yardım göstərilib.

Məlumata görə, Z.Fətullayevanı məktəbdən evə qayıdarkən avtomobil vurub.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info