Cəlilabadda yaşlı kişini maşın vurub

  • By admin
  • 01 Dekabr 2017 22:08


Cəlilabad şəhərində piyadavurma hadisəsi baş verib.
“Report”un məlumatına görə, minik avtomobili 1962-ci il təvəllüdlü Şorbaçı kənd sakini Aslanov Tofiq Yadulla oğlunu vurub.
Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq, Cərahiyyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info