Cəmil Həsənlidən Leyla Yunusa etiraz - KQB-nin ELÇİBƏYLƏ BAĞLI TOPLADIĞI MATERİALLARLA TANIŞAM

  • By admin
  • 19 İyul 2019 14:37

Hazırda Avropada mühacir statusu ilə yaşayan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun Əbülfəz Elçibəyin KQB adamı olmasına dair dedikləri ciddi rezonansa səbəb olub.

Sosial şəbəkə və media orqanlarında Leyla Yunus bu açıqlamasına görə tənqid olunub.

Gununsesi.org xəbərverir ki, profoessor Cəmi Həsənli də hüquq müdafiəçisini tənqid edənlər arasında olub.

Milli Şura sədri yazır:

“Osmanqızı tv-də Leyla Yunus xanım çıxışında Əbülfəz Elçibəy haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirib. Leyla xanımın Əbülfəz bəyin guya KQB agenti olması haqqında mülhizəsi subyektiv xarakter daşıyır və ehtimallara söykənir. Mən Əbülfəz bəyi tələbəlik dövründən tanıyıram, 1975-ci ildə onun məhkəməsində iştirak etmişəm, 70-ci illərdə onun qurduğu tələbə dərnəklərinin iştirakçısı olmuşam. Mən keçmiş KQB-nin Əbülfəz bəy haqqında topladığı materialların böyük əksəriyyəti ilə tanışam və Leyla xanımın dediklərinin heç biri gerçək həqiqətə uyğun deyildir. Onun ehtimallar və şəxsi mülahizəsi əsasında uydurulmuş fantaziyadır. Leyla xanıma uzun müddət hörmət bəsləyən biri kimi deməliyəm ki, onun Əbülfəz bəyin guya Heydər Əliyevin adamı olması barədə mülahizələri də subyektivdir. Leyla xanım heç vaxt Əbülfəz bəyin yaxın əhatəsində olmayıb və bu məsələnin ən mühüm detalların bilmir və təəssüf ki, dərindən bilmədiyi məsələr haqqında mülahizələr yürüdür. Qəti əminliklə demək istəyirəm ki, Osmanqızı tv-də Leyla xanımın Əbülfəz bəylə bağlı irəli sürdüyü hər iki ittiham gerçəklikdən çox uzaqdır və köhnə ixtilafların hazırki birtərəfli təzahürüdür.”