Cahangir Əsgərov “Boeing”dən 5 təyyarə alır - 1.9 MİLYARDA

  • By admin
  • 12 Noyabr 2017 17:47

 

AZAL ilə Boeing arasında 5 ədəd Boeing 787 Dreamliner təyyarəsinin alınmasına dair sövdələşmə razılaşdırılıb. Gununsesi.az bildirir ki, sövdələşmənin əldə edilməsi Dubaydə keçirilən 2017 Dubai “Air Show “beynəlxalq aviasərgidə elan olunub.

Elan olunmuş sövdələşmənin reallaşdırılması nəticəsində AZAL-ın Boeing şirkətindən aldığı 787 Dreamliner təyyarələrinin sayı 7-yə çatdırılacaq. Azərbaycanın Boeing ilə razılaşdırdığı 5 ədəd 787 Dreamliner təyyarəsi sifarişinin ümumi dəyəri hazırkı qiymətlə $1.9 milyard təşkil edir. Bununla yanaşı Azərbaycanın Boeing-dən 2 genişfüzelyajlı yükdaşıyan təyyarə almaq niyyəti də şənbə günü açıqlanıb.

Yükdaşıyan təyyarələrin alınmasına dair sənədin bir müddətdən sonra Boeing ilə AZAL arasında rəsmiləşdiriləcəyi gözlənilir.

“Əlavə sayda 787 Dreamliner təyyarələrinin alınması bizim şirkətin imkanlarını xeyli genişləndirəcək, yeni marşrutlarda və daha çox sərnişinə xidmət göstərməyə imkan verəcək”, – AZAL prezidenti Cahangir Əsgərov deyib.

Boeing Commercial Airplanes şirkətinin direktoru və prezidenti Kevin McAllister, öz növbəsində, bildirib: “Boeing-787 təyyarələri Azərbaycanın təyyarə parkının modernləşdirilməsində aparıcı rol oynayacaq, onlara yeni marşrutların açılmasında və uzun müddət ərzində uğurlu fəaliyyət göstərməsinə kömək edəcək”.

Boeing şirkətinin yaydığı açıqlamada qeyd olunub ki, Azərbaycan Hava Yolları (AZAL) Mərkəzi Asiya regionunun hava daşımaları sahəsində aparıcı şirkəti və lideridir, AZAL 40 marşrut üzrə 25 ölkəyə uçuşlar həyata keçirir.

AZAL şirkətinin hazırda iki 787 Dreamliner təyyarəsi var, şirkətin aviaparkında eləcə də Boeing 757 və Boeing 767 təyyarələri də var.

Gununsesi.az