Cahangir Hacıyevin həyat yoldaşının həbs xəbəri yayıldı

  • By admin
  • 12 İyun 2016 11:06

cahangir

cahan

Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva həbs edilib.

Bu haqda “Bastainfo.com” saytı etibarlı mənbəyə istinadla məlumat yayıb. Saytın yazdığına görə, mənbə bildirib ki, Zamirə Hacıyevanın həbs olunması barədə qərar Nərimanov Rayon Məhkəməsində iyunun 1-də çıxarılıb. Onun həbsi barədə təqdimat isə Baş prokurorun müavini Rüstəm Usubov tərəfindən verilib. Zamirə Hacıyeva korrupsiyada – Beynəlxalq Bankdan sənəd təqdim etmədən kredit kartı götürməkdə və həmin kartdan müxtəlif postterminallar və internet ödənişlər vasitəsilə ümumilikdə 18 min manat pul çıxarmaqda ittiham olunub.

Məlumat yayılandan sonra Cahangir Hacıyevin vəkili Aqil Layıcov onu təkzib edib. Vəkil “Amerikanın səsi”nə açıqlamasında bildirib ki, “məlumat tam yalandır, Zamirə Hacıyeva həbs edilməyib, xaricdədir”. Vəkil həmçinin, bildirib ki, Zamirə Hacıyeva barəsində həbs qətimkan tədbiri seçilməklə bağlı məhkəmə qərarının olub-olmadığını bilmir.

Vəkil açıqlamasından sonra məlumatı yayan sayt Zamirə Hacıyeva barəsində 4 ay müddətinə həbs-qətimkan tədbirinin seçildiyini göstərən məhkəmə qərarının surətini dərc edib.

Sayt yazır ki, ABB-nin keçmiş prezidenti Cahangir Hacıyev onunla birlikdə tutulan generallardan fərqli olaraq, öz hüquqlarını fəal müdafiə edirdi və müşahidəçilərin qənaətinə görə, həyat yoldaşının həbsi onun susdurulmasına hesablanıb.

*******

Ancaq sonradan bəlli olub, istintaqa cəlb olunan Zamirə Hacıyeva ölkədən qaçıb. Və buna görə də məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib və axtarışa verilib.