Camal Kaşıkçı niyə öldürüldü? - QƏNİRƏ ATAŞ YAZIR

  • By admin
  • 17 Oktyabr 2018 17:39

Oktyabrın ikisindən Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğuna girib, lakin çıxmayan “Washington Post” qəzetinin yazarı Camal Kaşıkçı müəmması davam edir. Kimdir Kaşıkçı? Səudiyyə Ərəbistanının maliyyə dəstəyi ilə Amerika Birləşmiş Ştatlarında təhsil alib və 1991-ci ildən ölkəsinin mediasında çalışıb. Kral ailəsinə məxsus şahzadələrlə işləməsinə baxmayaraq, rejimi tənqidi ilə seçilib və bu səbəbdən həmişə vəzifəsindən kənarlaşdırılıb. Hətta Bəhreyinli din adamından aldığı müsahibə onun çalışdığı Al Arab kanalının bağıanmasına da səbəb olub. 2017-ci ildən Amerikada məskunlaşan Kaşıkçı Səudiyyə Ərəbistanı rejiminə müxalif olduğunu davam etdirib. Türkiyəli nişanlısı ilə evlənmək ücün Amerikadakı Səudiyyə səfirliyindən boşanma sənədini almaq istəyib, səfirlik isə sənədi alması ücün onu İstanbuldakı konsulluğa yönəldib. Türkiyə istikbaratından sızan xəbərlərə görə, Kaşıkçı infazı ücün Səudiyyə hökuməti İstanbula iki ayrı qrup göndərib.

“Washington Post”dan fərqli olaraq İngiltərə mediası jurnalistin Səudiyyəyə qacırıldığını yazır. Nəzərə alaq ki, Böyük Britaniya xüsusi xidmət orqanları tarixdə daha dəqiq məlumatları ilə seçiliblər, bu halda onlara inanmaq olar. Amma Amerika mediası idda edir ki, jurnalist konsulluqda öldürülüb.Bəs onlar bu məlumatı necə iddia edə bilərlər!? Kaşıqçı agıllı saat “Apple Watch” işlədirmiş. Konsulluğa girmədən əvvəl jurnalist “iPhone” markalı telefonunu sevgilisinə verib. Dindirilmə, işgəncə və ölümün səs yazısı smartfona ötürülüb. “Washington Post” iddia edir ki, hətta meyit paraçalanıb. Səudiyyə Ərəbistanı xüsusi xidmət orqanları faylı ağıllı saatdan silməyə calışıblar, lakin fayl iClouddan geri alınıb. Türkiyə rəsmilərinin xəbəri təkzib etməyərək, açıqlamamızdan əvvəl Səudiyyə Ərəbistanından məlumat gözləyirik deməsi, jurnalistin öldürüldüyünə inamı artırır.
Bir jurnalisti öldürməklə ölkəni çətin bir diplomatik və siyasi böhrana çəkmək rəsmi Riyadın nədən marağında olmalı idi? Çünki, Səudiyyə Ərəbistanı xüsusi xidmət orqanları onu konsolluğa girmədən də öldürə bilərdi.Hadisələri diqqətlə araşdıranda görünür ki, plan əvvəldən qurulub.Amerika Birləşmiş Ştatlarında bu planı həyata kecirməyə gücləri və hünərləri çatmayan Səudiyyəlilər, Türkiyəni çətin duruma salıblar. Əgər bu hadisə Amerikada olsaydı Səudiyyə Ərəbistanı bunun altından çıxa bilməyəcəyini bilirdi. Bu səbələ Türkiyə ərazisi seçilib. Türk işçilərə otaqdan çıxmamaq əmri verilib və jurnalist sorğu sual edilib.

Qətlə səbəb nə ola bilər?

Versiyalardan biri budur ki, hökumət Washington Posta Səudiyyə Ərəbistanı ilə bağlı məlumatları verəni öldürməkə müxalıfətə gözdağı verib, harda olmağınızdan asılı olmayaraq sizi tapa bilərəm mesajını göndərib.

Diğər səbəb isə jurnalistin vacib olan məlumatlara sahib olması ola bilər.

Bəs Amerika bu məsələdə hansı yeri alacaq? Neçə-neçə prezidentləri və hakimiyyətləri yola salan qoca Washington Post ücün bu qürur məsələsi olacaq və onlar Səudiyyə Ərəbistanının yaxasından hec vaxt əl çəkməyəcəklər.Hətta konqres vasitəsi ilə hökumətə təzyiqlərə başlayıblar.

Prezident Donald Tramp isə açıq deyir ki, mən bu addımı cavabsız qoymasam da milyardlıq silah müqaviləsindən əl çəkməycəm. Tramp qorxur ki, Səudiyyə Ərəbistanı ilə əlaqələri korlanarsa rəsmi Riyad silahı Rusiyadan alar. Bu hadisədə çətin duruma düşən həm də Türkiyə oldu.Çünki Türkiyə öz ərazisində baş verən hadisəni araşdırarkən Amerika və Səudiyyə maraqları ilə toqquşacaq.

Camal Kaşıqçı olayı Səudiyyə Ərəbistanı ücün həmişə utancverici əməliyyat kimi tarixdə qalaçaq. Müxalif düşüncəsinə görə, partladılan qumbara onu atan əli də əbədi şikəst edib.

Qənirə Ataş
ABŞ