Canavar sürüsü Qubanın Xınalıq kəndinə hücum edib

  • By admin
  • 03 Noyabr 2019 17:20

Qubada yağan güclü qardan sonra ac qalan canavar sürüsü Xınalıq kəndinə girib.

Gununsesi.org-un verdiyi məlumata görə, kənd sakinləri bildirib ki, 7 canavardan ibarət sürü bu gecə kəndə girib.

Kənd camaatı ayıq-sayıq olduğundan, sakinlərə heç bir ziyan dəyməyib.

Səhər açıldıqdan sonra yırtıcılar kəndi tərk edib.

 

Gununsesi.org