CAR prezidenti istefa verdi

  • By admin
  • 15 Fevral 2018 08:45

Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma istefa verib.

Gununsesi.info xəbər verir ki, bu barədə dövlət başçısı xalqa müraciəti zamanı bəyan edib.

“Vəzifəmi dərhal tərk etmək qərarına gəldim”,- deyə Zuma bildirib.

Dövlət başçısının səlahiyyətlərini müvvəqəti olaraq vitse-prezident Sirill Ramafosa icra edəcək.

Daha öncə hakim “Afrika Milli Kongresi” (ANC) partiyasının Ceykob Zumaya istefaya getmək üçün 48 saat vaxt verdiyi bildirilmişdir.

Gununsesi.info