Cavan Zeynallı ilə İlqar Muradova da fəxri ad verildi

  • By admin
  • 25 May 2019 14:48

Prezident İlham Əliyev bu gün imzaladığı sərəncamla iki mədəniyyət və incəsənət xadiminə “Xalq artisti” fəxri adı verib.

AZƏRTAC-da dərc olunan sənədə görə, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bu gün fəxri ad alanlar arasında məşhur cazmen Cavan Zeynallı da var. O, “Xalq artisti” fəxri adına yiyələnib.

Muradov İlqar Əliməmməd oğlu da sərəncamla “Xalq artisti” fəxri adına layiq görülüb.