Çavuşoğlu Pompeo ilə “Məzlum”u müzakirə etdi

Çavuşoğlu Pompeo ilə “Məzlum”u müzakirə etdi

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.

Gununsesi.org-un “hurriyet”ə istinadən verdiyi xəbərə görə, diplomatik mənbələrdən əldə olunan məlumata əsasən, tərəflər söhbət zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-a edəcəyi rəsmi səfər, “qırmızı bülleten”lə axtarışda olan terrorçu “Məzlum Kobani” və hər iki ölkə arasındakı əlaqələri müzakirə ediblər.

Qeyd edək ki, “Kobani” Türkiyə Daxili İşlər Nazirliyinin tərtib etdiyi “qırmızı siyahı”dadır. Onun başına 4 milyon TL pul mükafatı qoyulub.

Bir müddət öncə ABŞ Prezidenti Donald Tramp PKK başçısı Abdullah Öcalanın mənəvi övladı, YPG qruplaşmasının liderlərindən biri olan “Məzlum Kobani” ləqəbli Fərhad Abdi Şahinlə telefon danışığı olub.

COMMENTS