Çaykənddə ermənilər tutuldu- EKSKLÜZİV

Çaykənddə ermənilər tutuldu

 

Göygöl Rayonunun Çaykənd kəndində iki erməni saxlanılıb. 

Gununsesi.org-un xəbərinə görə, Rusiya vətəndaşı olan erməni ər və arvad kənddə foto çəkərkən diqqəti cəlb edib. Saxlanılan zaman məlum olub ki, milliyyətcə erməni olan bu şəxslər Rusiya pasportu daşıyır.

Onlar turist kimi Gəncədə qalırmış. Hazırda onlar Göygöl rayonuna gətirilib.

Qeyd edək ki, Çaykənd kəndi düşmənlə təmas xəttindədir.

Məsələ ilə bağlı məlumat almaq üçün Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlıya etdiyimiz zənglər cavabsız qaldı.

Mövzuya qayıdacağıq.

Elmar

Gununsesi.org

 

COMMENTS