Çeçenistandan Suriyaya 300 hərbi polis yollandı

  • By admin
  • 25 Oktyabr 2019 11:06

Rusiya Silahlı Qüvvələrinin Çeçenistanda yerləşdirilmiş hərbi polis bölməsinin 300-ə yaxın hərbçisi xüsusi tapşırıqları yerinə yetirmək üçün Suriyaya yollanıb.

Gununsesi.org-un Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, onlar yaxın gələcəkdə əhalinin təhlükəsizliyini təmin etməyə və qanunun aliliyini qorumağa, təyin olunmuş ərazilərdə patrul təyin etməyə və kürd özünümüdafiə dəstələrinin və silahlarının Suriya-Türkiyə sərhəddindən 30 km uzaqlaşmasına kömək edəcəklər.

 

Gununsesi.org