Çexiyada silah zavodunda partlayış olub, yaralılar var

  • By admin
  • 01 Noyabr 2019 20:18

Çexiyada silah zavodunda partlayış baş verib.

Gununsesi.org-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə bu gün ölkənin şimal-şərqində Pardubitse şəhərində yerləşən “Explosia” silah zavodunda qeydə alınıb.

Qəza zamanı zavodda 500-ə yaxın insan olub.

Partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.org