Çexiyadakı prezident seçkilərinin birinci turunun qalibi məlum olub

  • By admin
  • 13 Yanvar 2018 20:42

Çexiyanın hazırkı prezidenti Miloş Zeman ölkədə keçirilən prezident seçkilərinin birinci turunda liderliyi ələ keçirib.

Gununsesi.info xəbər verir ki, səsvermənin seçki məntəqələrinin 95 faizi üzrə nəticələrinə əsasən, seçicilərin 39,1 faizi (1,87 mln. səs) Miloş Zemana etimad göstərib.

Qeyd edək ki, Çexiyada prezident seçkilərinin birinci turu 12-13 yanvar tarixlərində keçirilib.

Məlumata görə, ikinci tura həmçinin 26,3 faiz səslə (1,25 mln. səs) Elmlər Akademiyasının sabiq sədri Yirji Draqoş adlayıb.

Səsvermədə seçici aktivliyi 61,6% təşkil edib.

Birinci turun yekun nəticələri MSK tərəfindən yaxın saatlarda elan ediləcək.

Prezident seçkilərinin ikinci turu 26-27 yanvar tarixlərində keçiriləcək.

Gununsesi.info