Çili prezidentinin vəzifəsindən kənarlaşdırılması səsverməyə çıxarıldı – “Etirazlar zamanı hüququ pozub”

  • By admin
  • 13 Dekabr 2019 13:53

Çili Parlamentinin Deputatlar Palatası (aşağı palatası) Çili Prezidenti Sebastian Pinyeraya qarşı ittihamların irəli sürülməsinə razılıq verməyib.

Gununsesi.org-un Trend-ə istinaədn məlumatına görə, bu barədə aşağı palatanın mətbuat xidməti bildirib.

İttihamların irəli sürülməməsinə 79 nəfər səs verib, 73 nəfər əleyhinə olub:

“Beləliklə, prezident Sebastian Pinyeraya qarşı heç bir konstitusiya ittihamı irəli sürülməyib”.

Qeyd edək ki, parlament üzvləri Pinyeranın konstitusiyanın və hökumət əleyhinə etirazlar zamanı insan hüquqlarının sistematik pozulmasına görə məsuliyyət daşıdığını hesab ediblər.

Gununsesi.org