Çilidə minlərlə insan etiraz aksiyası keçirib

  • By admin
  • 02 Noyabr 2019 10:14

Çilidə minlərlə insan etiraz aksiyası keçirib. 

Gununsesi.orgxəbər verir ki, bu barədə “Bio-Bio” radiostansiyası məlumat yayıb.

Bildirilir ki, sakinlər ölkə paytaxtında hökumətin sosial və iqtisadi sahədə yürütdüyü siyasətə etiraz ediblər. Lakin aksiyanın gedişatında polislə etirazçılar arasında toqquşmalar baş verib.

Santyaqo şəhərinin meri özünün “Twitter”dəki səhifəsində bildirib ki, paytaxtın mərkəzindəki Bakedano meydanına 12 min insan toplaşıb.

Radiostansiya qeyd edib ki, aksiya dinc xarakter daşıyıb. Buna baxmayaraq yerli vaxtla saat 18:00-dən sonra polis aksiyaçıları dağıtmaq üçün xüsusi vasitələrdən istifadə edib.

Məlumata görə, aksiya Santyaqonun digər yerlərində də keçirilir.

 

Gununsesi.org