Çimərlikdə təmizliyə rayət olunmur - NOVXANIDA - FOTOLAR

  • By admin
  • 08 Avqust 2016 11:16

nov-2

Hər il olduğu kimi, bu il də çimərliklərə üz tutanların sayının xeyli çox olduğunu görə bilərik. Bu gün insanların ən çox getdiyi Novxanı, Corat, Hövsan, Türkan, Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Şıx çimərlikləridir. Görəsən əhalinin istifadə etdiyi çimərliklərdə suyun təmizliyi gigiyenik qaydalara cavab verirmi? Ümumiyyətlə, çimərliklərdə təmizliyə rayət olunurmu?

Gununsesi.info-nun əməkdaşı Novxanı çimərliyinə baş çəkib və ordakı vəziyyətlə maraqlanıb. Belə ki, günün ikinci yarısında hava çox isti olduğundan dənizə gələn insanların sayı durmadan artırdı. Çimərliyə əsasən Novxanı ətrafında yaşayan sakinlər gəlirdi. Dəniz sahilinin, ən yaxşı yerləri oliqarxlar tərəfindən hasarlanıb. Amma açıq olan çimərliklər də var. İlk baş çəkdiyimiz çimərlik “Alma” adlı sahil istirahət mərkəzi oldu. Adıçəkilən məkanda tikinti-quruculuq işləri tam başa çatmadığından insanlar ən çox buraya üz tuturdu. Çimərlikdə suyun və sahil kənarının təmizliyi arzuolunmaz səviyyədə idi. Ən acınacaqlı durum isə antisanitar şəraitdə insanların əlacsız qalıb, çirkli sulara baş vurması idi. Baxımsızlıqdan dəniz sahili zibillik içərisindəydi. Bu, məkana giriş ödənişli idi və qiymətlər 1-2 manat arasında dəyişirdi. Bu pul isə sadəcə, içəri girmək üçün ödənilir, ondan sonrakı bütün xidmətlər üçün əlavə ödəniş tələb edirdi. Məsələn, çətir və oturacaq kirayələmək üçün (minimum) 10 manat ödəməlisən. Bu  da o deməkdir ki, əgər 5 nəfərlik ailə çimərliyə gəlibsə, onlar dənizə daxil olarkən 20 manatlarına əlvida deməlidir. Ötən illərlə müqayisədə qiymətlərin heç birində endirim müşahidə olunmurdu.

Eyni zamanda, “oliqarxların” zəbt etdiyi çimərliklərdən istifadə etmək üçün gərək cibində nə az, nə çox 20-30 manat pulun olsun. Qeyd edim ki, bura istirahətə gələnlərin çoxu yemək-içməklərini özlərilə gətirirdi. Amma çimərlikdə – peraşki, qoğal, qarğıdalı və s. müxtəlif növ ərzaq satan səyyar satıcılara da rast gəlinirdi. Belə ki, satıçılar qarğıdalını 1 ədədini müştəriyə 1manatdan təklif edirdilər.

Yayın istisi bir tərəfdən, ərzaq mallarının qiymətlərinin “od tutub yanması” da o biri yandan. Indi, aya 300-400 manat maaş alanlar, paytaxtı tərk edə bilməyənlər hara üz tutsun?

nov

nov-1

nov-3

Anar

Gununsesi.info