Çin orbitə iki peyk çıxarıb

  • By admin
  • 05 Noyabr 2017 23:50

Çin orbitə naviqasiya sistemi üçün daşıyıcı-raket “Çançjen-3B” ilə 2 “Beidou-3” peyki çıxarıb.

Gununsesi.info xəbər verir ki, hər iki peyk uğurla orbitə çıxıb. “Beidou-3” peyki orbitə ilk dəfə çıxarılıb.

Məlumata əsasən, Çin bu il orbitə 8, gələn ilin sonuna qədər 18, 2020-ci ilin sonuna qədər isə 30 “Beidou-3” peyki çıxarmağı planlaşdırır.

Gununsesi.info