Çin Suriyaya 5,4 min ton düyü göndərib

  • By admin
  • 28 Fevral 2018 23:32

Çin hakimiyyəti Suriyaya humanitar yardım qismində 5,4 min ton düyü göndərib.

Çin Xalq Respublikasının Suriyadakı səfiri Si Syanszin qeyd edib ki, rəsmi Pekin Suriyanın bərpasında fəal rol oynamağa səy göstərir: “Ümid edirik ki, bu tədbirlər Suriya xalqının iztirabını azaltmağa imkan verəcək”.

Xatırladaq ki, bundan əvvəl Çin Suriya rəhbərliyi ilə 40 milyon dollar dəyərində elektrik avadanlıqları, nəqliyyat vasitələri və digər humanitar yardımların tədarükü qismində Dəməşqə qarşılıqsız yardım göstərilməsi haqqında üç saziş imzalamışdı.

Gununsesi.info