Çin Trampı açıq-aşkar hədələdi: “Amerika dünyanın bəlası…”

  • By admin
  • 14 Dekabr 2019 14:06

“Prezident Donald Tramp ABŞ-ı yenidən dünyanın bəlasına çevirdi”.

Gununsesi.org Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Çin xarici işlər naziri Vanq Yi deyib.

Vanq Tramp adminstrasiyasının bir sıra beynəlxalq müqavilələrdən çıxmasını sərt şəkildə tənqid edib:

“Vaşinqtonun beynəlxalq sazişlərdən geri çəkilməsi beynəlxalq ictimaiyyətə çox sayda problem yaratdı. Amerikanı dünyanın bəlasına çevirdi”.

Vanq ABŞ-ın Çinlə münasibətlərinə ciddi zərər verdiyini də diqqətə çatdırıb:

“ABŞ-la qarşıdurmaları və mübahisələri dialoq yolu ilə həll etməyə həvəs göstəririk. Lakin təktərəfli sanksiyalar və təzyiqləri heç vaxt qəbul etməyəcəyik”.

Gununsesi.org