Çin vətəndaşlarının Rusiyaya girişinə qadağa qoyuldu

  • By admin
  • 18 Fevral 2020 23:23

Rusiyanın Baş Naziri Mixail Mişustin Çin vətəndaşlarının ölkə ərazisinə girişinə qadağa qoyan sərəncam imzalayıb.

Gununsesi.org “İnterfaks”a istinadən xəbər verir ki, çinlilərin turizm, işgüzar və digər məqsədlərlə Rusiyaya girişinə fevralın 20-dən etibarən icazə verilməyəcək.

Qeyd edək ki, qərarın qəbul edilməsinə səbəb Çində koronavirusun sürətlə yayılmasıdır.

 

 

Gununsesi.org