Çində 5,8 ballıq zəlzələ olub

  • By admin
  • 17 İyun 2019 19:42

Çinin Sıçuan vilayətində 5,8 bal gücündə zəlzələ baş verib.

Gununsesi.org Çinin Seysmologiya Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar İbin şəhər dairəsinin Çanin qəzasında Bakı vaxtı ilə saat 18.55 radələrində qeydə alınıb.

Yeraltı təkanların ocağı 5 km dərinlikdə yerləşib.

Dağıntı və təlafat haqda hələ məlumat daxil olmayıb.