Çində dəhşətli yanğın - 19 ÖLÜ, 8 YARALI

  • By admin
  • 19 Noyabr 2017 11:40

Pekinin cənubunda yanğın nəticəsində 19 nəfər ölüb, 8 nəfər xəsarət alıb.  

Gununsesi.info xəbər verir ki, hadisə ötən gün saat 18.00 radələrində Dasin rayonu Sintszyan qəsəbəsində baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər 3 saat sonra yanğını söndürə biliblər.

Hadisə yerinə Pekinin meri baş çəkib. Hadisənin səbəblərini araşdırmaq üçün xüsusi işçi qrupu  yaradılıb.

Məlumata görə, yanğın qanunsuz sənaye istehsalat müəssisəsində baş verib, hadisədə günahı olduğu ehtimal edilən şəxslər saxlanılıb.

Gununsesi.info