Çində koronavirusa yoluxanların sayı 309 nəfərə çatıb

  • By admin
  • 21 Yanvar 2020 20:44

Çində yeni tipli koronavirusa yoluxanların sayı 309 nəfərə çatıb.

Gununsesi.org “Renmin Ribao”ya istinadən xəbər verir ki, yoluxma hallarının 270-i xəstəliyin yayılmağa başladığı Hubei əyalətində özünü göstərib.

Həmçinin 14-ü Quanqdonq əyalətində, 6-sı Şanxay şəhərində, 5-i Jecianq əyalətində, 5-i mərkəz tabeli Çonqginq şəhərində, 2-si Tiancin şəhərində, hərəsindən ikisi olmaqla Henan əyalətində və rəsmi olaraq Çinin tərkib hissəsi sayılan Tayvanda qeydə alınıb

 

Gununsesi.org