Çində körpü çökdü - MAŞINLAR ÇAYA DÜŞDÜ

  • By admin
  • 14 İyun 2019 19:35

Çinin cənub Quanqdonq vilayətində körpü çöküb, Maşınlar çaya düşüb.

Gununsesi.org xarici KİV-lərə istinadən bildirir ki, təhlükəsizlik kameralarında iki maşının çaya düşdüyü görünür.

İki nəfərin itkin düşdüyü bildirilir.

Yeli media onlardan birinin sport tipli maşının sürücüsü-kişi, digərinin isə taksidə gedən qadın sərnişin olduğunu bildirib.

Taksi sürücüsü qadını xilas etməyə cəhd etsə də buna nail ola bilməyib və təşvişə düşərək maşını tərk edib.

1972-ci ildə inşa edilən 420 metrlik körpünün çöküşünə dair istintaq aparılır.