Çində mədəndə su sızması nəticəsində 3 nəfər ölüb, 15 nəfər itkin düşüb

  • By admin
  • 14 Dekabr 2019 21:32
Çinin Sıçuan əyalətində mədəndə baş vermiş qəza nəticəsində 3 nəfər ölüb, 15 nəfər isə itkin düşüb.
Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilir ki, hadisə şaxtaya suyun sızması nəticəsində yaranıb.
Hazırda ərazidə xilasetmə işləri aparılır.
Gununsesi.org