Cinsi istismara məruz qalan qıza bu dəfə saz kursunda müəllimi təcavüz etdi

  • By admin
  • 22 Oktyabr 2019 22:04
Ankarada cinsi istismara məruz qalan 17 yaşlı qıza, yaşadığı travmadan xilas olmaq üçün getdiyi saz kursunda müəllimi təcavüz edib.
Gununsesi.org  xəbər verir ki, 17 yaşlı E.M.nın göndərildiyi saz kursunda 37 yaşlı müəllimi tərəfindən təcavüz edildiyi iddia edilir. Faktla bağlı cinayət işi açılıb və qızın anası ədalət yerini tapmayınca, bu işdən əl çəkməyəcəyini, həmişə mübarizə aparacağını deyib.
Bildirilir ki, gənc qız hələ iki il öncə borcu olduğu adam tərəfindən zorla maşına mindirilərək başqa bir yerə aparılıb. Orda isə 17 yaşlı qıza borcunu ödəmədiyi üçün təcavüz edilib. Bu dəfə isə qızın anası övladını yaşadığı travmadan xilas etmək üçün saz kursuna göndərib. İkinci dəfə qıza təcavüz edilməsi isə ailəni şoka salıb. Gənc qızın anası isə istintaqın gedişindən narazı olduğunu, şikayətlərini geri götürmək üçün onları naməlum adamların hədələdiyini bildirib.