Cinsini dəyişib ərə gedən bloqer ana olmaq istəyir

  • By admin
  • 09 Noyabr 2019 13:17

Cinsiyyətini dəyişərək qadın olan və fotbolçu Gökhan Çıraya ərə gedən Selin Ciğerci ana olmaq istəyir.

Gununsesi.org xəbər verir ki, 35 yaşlı məşhur bloqer ən böyük istəyinin övlad sahibi olmaq istədiyini etiraf edib.

“Əlbəttə ki, mənim ana olmaq kimi bir şansım yoxdur. Amma Gökhanın ata olmasını çox istəyirəm. Ona görə də xaricdə daşıyıcı ana vasitəsilə ana olmağı düşünürəm. Çünki Türkiyədə bu proses leqal deyil.

Planlarımız alınmasa, Türkiyədə övladlığa uşaq da götürə bilərik. Əgər şərtlər imkan verərsə, istəyimizi həyata keçirmək istəyirik. Ancaq bizə uşaq verib-verməyəcəklərini dəqiq bilmirik. Hazırda uşaqla bağlı xeyli planlarımız var. Amma hələlik heç birinin cavabıbəlli deyil. Bunlarla bağlı araşdırma aparmalıyıq”, – deyə bloqer bildirib.

Qeyd edək ki, bloqer oktyabrın 28-də futbolçu Gökhan Çıra ilə ailə qurub.

Selin toyda üç gəlinlik geyinib. Gəlinliklərdən birinin çəkisi 40 kiloqram olub. / Oxu.Az