Çox yatmaq yuxu çatışmazlığından təhlükəlidir – Yeddi illik tədqiqatın nəticəsi

  • By admin
  • 08 Dekabr 2019 13:42

İnsan müntəzəm şəkildə idmanla məşğul olsa və ya sağlam həyat tərzi keçirsə belə, sağlam yuxunun olmaması ürək problemlərinə gətirib çıxara bilər.

Gununsesi.orgMedicalXpress” ə istinadən xəbər verir ki, belə bir nəticəyə Boulderdə (ABŞ) yerləşən Kolorado Universitetinin alimləri gəliblər.

Mütəxəssislər yeddi illik tədqiqat çərçivəsində heç vaxt infarkt keçirilməmiş  40-dan 69 yaşa kimi olan 461 min insanın yuxu rejimini, genetik və tibbi məlumatlarını öyrəniblər.

Məlum olub ki, 6-12 saat arası yatan insanlarla müqayisədə, altı saatdan az yatan insanlarda 20%  daha az infarkt riski olub. Doqquz saatdan çox yatan şəxslərdə isə infarkt ehtimalı 34% artıb.

Alimlər qeyd edirlər ki, altı saatdan doqquz saata qədər davam edən yuxu genetik cəhətdən ürək xəstəliklərinə meylli insanlarda infarkt riskini 18% azaldır.

Gununsesi.org