DƏHŞƏTLİ YANĞIN: ana əvvəlcə 3 uşağını, sonra özünü binadan atdı - FOTO

  • By admin
  • 25 May 2019 15:24

Türkiyədə qadın evdə baş verən yanğından uşaqlarını xilas etmək üçün onları pəncərədən atıb.

Gununsesi.org xəbər verir ki, Ataşəhərdə baş verən hadisədə daha sonra qadın özü pəncərədən tullanıb.

Dörd mərtəbəli binanın ikinci mərtəbəsində baş verən yanğın qısa zamanda böyük əraziyə yayılıb. Bir qadın 3 uşağı ilə alovların ortasında qalıb.

35 yaşlı Naciyə Şəngül uşaqlarını ətrafdakıların həyətdə açdığı ədyal üzərinə atıb, daha sonra da özü ikinci mərtəbədən adyal üzərinə tullanıb. Qadın və uşaqları xəstəxanaya yeləşdirilib. Yanğın söndürülüb.