Dəyəri bir milyard olan sikkə satışa çıxdı

  • By admin
  • 08 Dekabr 2019 12:16

Sankt-Peterburq sakini dəyəri bir milyard rubl (26 milyon 700 min AZN) olan sikkəni satışa çıxarıb.

Gununsesi.org xəbər verir ki, bu barədə elan məşhur “Avito” saytında yer alıb.

Dəyəri iki rubl olan sikkə 2016-cı ildə Moskvada kəsilib. Elana görə, sikkənin unikallığı üzləri arasındakı nisbətindədir.  Satıcı sikkənin kolleksiyaçılar arasında dəyərli ola biləcəyinə inandığını qeyd edib:

“Mən heç kimi aldatmıram və bu nadir sikkəni almağa məcbur etmirəm”.

Gununsesi.org