Dəyişikliklərdən ən çox əziyyət çəkən istehlakçılar və biznes olacaq - Qubad İbadoğlu

  • By admin
  • 02 Noyabr 2016 16:18

qubad

Cari ilin son 2 ayında milli iqtisadiyyatda ciddi dəyiikliklər gözlənilir.

Gununsesi.info xəbər verir ki, bunu tanınmış iqtisadçı Qubad İbadoğlu öz “Facebook” statusunda yazıb.

Statusu olduğu kimi, təqdim edirik:

– Əgər ölkədə sürətli və kompleks islahatlar başlmasa bu dəyişikliklərdən ən çox əziyyət çəkən istehlakçılar və biznes olacaq. Belə ki:
1) Qiymətlər daha sürətlə bahalaşacaq.Manatın məzənnəsinin ucuzlaşması, mövsümü amillərin fəallaşması və dövriyyədə pul bazasınin artması istehlak qiymətləri indeksini yüksəldəcək. Bu ilin oktyabrında ölkədə pul bazası 9,4 faiz artaraq 7,4 milyard manat olub.
2) Manatın məzənnəsi ucuzlaşacaq. Çünki, müşahidələr göstərir ki, Mərkəzi Bankın məzənnə siyasətindəki son dəyişiklik onun gerçək kursunun müəyyənləşməsinə hədəflənib. Bu siyasəti kifayət qədər vaxt itirəndən sonra gec də məqbul hesab edən Mərkəzi Bankı hazırkı yanaşması indiki halda daha düzgündür. Manatın məzənnəsinin ucuzlaşmasına təsir göstərən amillərdən biri də ABŞ-da FED faizləri artırmaq ehtimalının getdikcə artmasıdır. Əgər bu gün gözlənilən qərar verilməzsə, onda dekabrın 13-14-də keçiriləcək növbəti və son iclasda bu qərar qaçılmazdır.
3) Tədiyə balansının kəsiri bir az da artacaq. Noyabrın 30-da OPEC neft hasilatının müəyyən səviyyədə dondurulması məsələsində razılaşma əldə etməzsə neftin dünya bazar qiymətləri ucuzlaşacaq. Bu da ilin sonunda ölkənin əsas ixrac məhsulundən əldə edilən valyuta gəlirlərinin azalmasına gətirib çıxaracaq və tədiyə balansının cari hesablar planının kəsirinin artımını sürətləndirəək. Noyabrın 2-də dünya bazarında 1 barel Brend neftinin qiyməti 47,7 dollar olub.
4) Dövlət büdcənin defisiti sürətlə çoxalacaq. Son 2 ayda dövlət büdcəsinin xərcləmələrinin artması onun kəsirini çoxalmasını şərtləndirəcək. Bu ilin 9 ayında dövlət büdcəsinin 519,1 mln. manat məbləğində kəsiri (defisit) yaranıb. Həmin dövrdə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 12,5 faiz az icra olunub.
5) Mərkəzi Bankın valyuta ehtiyatarı daha da azalacaq. Bu ilin son aylarında dövlətin, şirkətlərin, bankları xarici valyuta ilə borc öhdəlikləriin artımı dollara tələbatın çoxalmasını şərtləndirəcək. Hətta Dövlət Neft Fondunun müdaxiləsi davam etsə də belə Mərkəzi Bankın valyuta ehtiyatarı çoxdan qorunan qırmızı xətti keçərək 4 milyard dollardan da aşağı düşəcək. Oktyabr ayının 30-a Mərkəzi Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4 mlrd. 5,5 mln. ABŞ dolları təşkil edib.

Gununsesi.info