Dabonun xanımı sosial şəbəkədəki paylaşımı ilə narazılığını duyurdu - FOTOLAR

  • By admin
  • 20 Avqust 2019 12:31

“Neftçi”nin hücumçusu Baqali Dabo komandadakı durumundan narazıdır. Gununsesi.org xəbər verir ki, bunu onun xanımının sosial şəbəkədəki paylaşımından görmək mümkündür. 

“Neftçi”nin dünən “Sabah”a uduzduğu matçda Dabo forma geyinməyib. Zədəsini sağaltdıqdan sonra “Bney Yehuda”ya qarşı Avropa Liqası matçında oynayan hücumçu, hazırda baş məşqçi Roberto Bordindən etimad görmür. Görünür, inciklik ailə daxilində də müzakirə olunub.

 Baqalinin fotolarını paylaşan xanımın paylaşımında yazılanlardan bunu hiss etmək mümkündür: “Keçən il bu komandada ən çox kimin qol vurduğunu bilirik. Əhsən sənə. Bu nə birinci, nə sonuncu dəfədir. Biz bilirik ki, ən yaxşı sənsən. Şansı başqalarına buraxaq. Heç nə olmaz, öyrəşirik”.



Gununsesi.org