Dağıstanda mikroavtobusla yük avtomobili toqquşub, ölən və yaralananlar var

  • By admin
  • 13 İyun 2018 22:37


Dağıstanın Qarabudaqkənd rayonunda ağır yol qəzası baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, mikroavtobus və yük maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Xəsarət alanlardan 3-ü uşaqdır. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisənin təfərrüatları barədə hələ ki, məlumat verilmir.

 

Gununsesi.info