Dağıstanda yol qəzasında 4 nəfər ölüb

  • By admin
  • 28 Noyabr 2019 18:14

Rusiyanın Dağıstan Respublikasında ölümlə nəticələnən yol qəzası baş verib.

Gununsesi.org-un APA-ya istinadən verdiyi xəbərə görə, “VАZ-2106 markalı minik avtomobili “Mitsubishi Lancer” markalı minik maşını ilə toqquşub.

Nəticədə 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org