“Dağlıq Qarabağ münaqişəsinin həllini tapmalıyıq” - Rəsmi Ankara

  • By admin
  • 05 Dekabr 2019 15:34

“Beynəlxalq hüquqa və ərazi bütövlüyünə əsaslanaraq Dağlıq Qarabağ münaqişəsinin həllini tapmalıyıq”.

Gununsesi.org APA-ya istinadən  xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bratislavada ATƏT Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı deyib.

Türkiyə XİN başçısı Gürcüstan, Moldova və Azərbaycanda dondurulmuş münaqişələrin hələ də həll olunmamış qaldığını diqqətə çatdırıb.

O qeyd edib ki, dondurulmuş münaqişələr beynəlxalq hüquqa və ərazi bütövlüyünə əsaslanaraq həll olunmalıdır.

Gununsesi.org