Daha bir generalın qohumu polis rəisi oldu

Daha bir generalın qohumu polis rəisi oldu

Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə yeni rəis təyin olunub. 
Gununsesi.org bildirir ki, daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsinə polis polkovnik-leytenantı Samir Həsənov təyinat alıb.
Samir Həsənov yeni təyinatadək Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin rəisi olub. O, Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərovun bacısı oğludur.
Xatırladaq ki, bundan əvvəl Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin rəisi olmuş polis polkovniki Ədalət Sadıqov may ayında vəzifəsindən kənarlaşdırılaraq sərəncama götürülüb.
Gununsesi.org

COMMENTS