Daha bir intihar hadisəsi - BU YAXINLARDA TOYU OLACAQDI

  • By admin
  • 14 Avqust 2019 11:47

İsmayıllıda intihar hadisəsi baş verib. 

Gununsesi.org xəbər verir ki, hadisə rayonun Şəbyan kəndində qeydə alınıb.

1986-cı il təvəllüdlü Piriyev Səbuhi Arif oğlu özünü həyətdə olan qoz ağacından asaraq intihar edib.

Kənd sakinlərinin sözlərinə, özünü öldürən S.Piriyev nişanlı olub və yaxın günlərdə toyu olacaqmış.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org