Daha bir məşhur vəkil “vuruldu”-ADİL İSMAYLOVUN FƏALİYYƏTİ DAYANDIRILDI (ÖZƏL)

Daha bir məşhur vəkil “vuruldu”

Azərbaycanın görkəmli vəkillərindən biri olan Adil İsmayılovun vəkillik fəaliyyəti bir illik dayandırılıb.

Gununsesi.org-un xəbərinə görə, bununla bağlı qərar Vəkillər Kollegiyasının Rəyasət Heyətinin dünən keçirilən toplantısında verilib.

Məşhur vəkilin fəaliyyətinin dayandırılmasına səbəb kimi isə kollegiyanın üzvü Sahil Quliyevin şikayəti olub.

Məlumatda bildirilir ki, kollegiya rəhbərliyinə yaxın olan Sahil Babayev ərizəsində Adil İsmayılovun guya onu təhqir etdiyini göstərib.

Ancaq Adil İsmayılov bu ittihamla razılaşmadığını, ona böhtan atıldığını desə də buna məhəl qoyulmayıb.

Saytımıza açıqlamasında Sahil Quliyev xəbəri təsdiqləsə də məsələnin mediada müzakirəsinə tərəfdar olmadığını deyib.

Elmar Elnuroğlu

Gununsesi.org

COMMENTS