Daha bir qadın özünü binadan ataraq intihar edib - BAKIDA

  • By admin
  • 01 Avqust 2016 14:47

intihar-kadin-300x225

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Nəsimi rayon Prokurorluğundan verilən məlumata görə, hadisə iyulun 29-da rayonun Hidayətzadə küçəsi ev 49/51, mənzil 31 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1978-ci il təvəllüdlü Tamilla Tofiq qızı Mustafayeva yaşadığı 18 mərtəbəli binanın 16-cı mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Gununsesi.info