Dava-dalaş təyyarəni məcburi eniş etməyə vadar etdi

  • By admin
  • 15 Sentyabr 2016 11:24
tayyara-1
Antalya-Almatı reysini həyata keçirən təyyarə reysində dava düşməsi nəticəsində təyyarə Qazaxstanın Aktau hava limanına eniş etməyə məcbur olub.
Gununsesi.info “İnformburo.kz”-yə istinadən xəbər verir ki,  hadisə barədə məlumat verən Aktau beynəlxalq hava limanının icraçı direktoru Erqazı Joldasovun sözlərinə görə, təyyarənin bortunda baş verə dava-dalaş Antalya-Almatı reysini eniş etməyə vadar edib. Reysi həyata keçirməyə müvəqqəti olaraq dayandıran Türkiyə aviaşirkəti Aktau hava limanında üç saatadək dayanmalı olub. Təyyarə bortunda davada iştirak edən 11 nəfər reysdən düşürülərək, hüquq-mühafizə orqanlarına təhvil verilib.  Konflikt yaradan şəxslər təyyarədən düşürüldükdən sonra digər sərnişinlər Almatıya çatdırılıb.
Gununsesi.info