Davamlı rəqs edin, faydalarını görün

  • By admin
  • 31 Avqust 2019 09:10

Rəqs orqanizmin qocalmasını ləngidən ən effektiv vasitələrdən biridir. Əbəs yerə deyilməyib “Hərəkət-həyatdır”. Ən optimal variant isə həftədə 3 dəfə 60-90 dəqiqə rəqs etməkdir. Bunun üçün sevimli musiqini qurmaq və xəfif hərəkətlərə başlamaq kifayətdir. Fizioloqlar da xüsusilə yaşı irəliləyən insanlara rəqsi məsləhət görürlər.

Gununsesi.org rəqsin mühüm faydalarını təqdim edir:

1. Rəqs edərkən praktiki olaraq bütün əzələlər hərəkət edir və oynaqlara müsbət təsir edir.

2. Rəqs tənəffüs sisteminin normal fəaliyyətini tənzimləyir.

3. Bədən hərəkətləri qanın damarlarda daha sürətli hərəkətini təmin edir ki, bu da damarların elastikliyini artırır. Bu isə ürək-damar xəstəliklərinə qarşı əla profilaktik vasitədir. Üstəlik, insult riski də azalır.

4. Rəqslə müntəzəm məşğul olmaq beyinin işini də asanlaşdırır və yaddaşı gücləndirir. Bu isə alzaymer xəstəliyinə qarşı əla vasitədir.

5. Rəqs emosiyaları ifadə etməyə kömək edir və neqativ enerjini kənarlaşdırır.

6. Davamlı hərəkətlər kolori yandırır ki, bu da artıq çəkilərdən xilas olmaq üçün əla vasitədir.

7. Rəqs sinir sisteminə də müsbət təsir göstərir. Belə ki, baş ağrıları azalır, arterial təzyiqi tənzimləyir.

8. Rəqslə məşğul olanlarda parkinson xəstəliyinə rast gəlinmir.