Daxili işlər nazirinin sabiq müavininə cinayət işi açıldı

  • By admin
  • 14 Avqust 2019 11:33

 

Qırğızıstanın Daxili İşlər nazirinin eks-müavini Kursan Asanova qarşı cinayət işi qaldırılıb.

Gununsesi.org  “TASS” agentliyinə istinadən məlumat verir ki, Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin saxlanılması zamanı Asanov ölkənin Daxili İşlər rəhbəri Kaşkar Cunuşaliyevin əmrinə tabe olmayıb.

O, bu addımına görə “vəzifədən sui-istifadə etmə” maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.