“Dedilər, sevgilim ərəb şeyxidir” - Aygün Kazımova

  • By admin
  • 10 Dekabr 2019 17:10

Xalq artisti Aygün Kazımova “1 azTV” proqramının qonağı olub.

Gununsesi.org xəbər verir ki, müğənni artıq çəki almasından bəhs edib:

“Rüfət İsmayıl paltar üçün tez-tez ölçümü götürür. Bir ara kökəlmişdim. Narahat oldum. Qayıtdı ki, siz Beyonsun ölçülərin görsəniz, rahat olun. Qısa müddətlik təsəllim oldu. Nə olsun, Beyons da kökəlir”.

Kazımova haqqında çıxan şayiələrdən söz açıb:

“Cristal hall”da konsert verəndən sonra bir xəbər yayılmışdı. Deyirdilər guya, mənim şeyx sevgilim var. Bütün konsert pulunu da ərəb şeyxi ödəyib. Gözəl şayiə idi”.

Gununsesi.org